Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub. 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı yarışda Azərbaycan millisinin üzvləri də iştirak edib.
Şotlandiya, İtaliya və Türkiyədən olan rəqiblərini məğlub etməklə yarımfinala yüksələn millimizin üzvü, Naxçıvan idmançısı Elbrus Kərimli 3 qələbənin ardınca növbəti cəhddə David Jiqjjavinlə (Ukrayna) görüşüb. Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Buna baxmayaraq yarımfinala adlamaqla minimum bürünc medalı özü üçün təmin edən idmançımız mükafatçılar sırasına düşüb. Bununla da Elbrus Kərimli karyerasında ilk dəfə çıxış etdiyi qitə birinciliyini uğurla tamamlayıb. O, millimizə oğlanların yarışında yeganə medal qazandıran boksçu olub. İlkanə Əhmədova isə qız boksçular arasında üçüncü olub.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti